2020-ci ildə AFFA-nın gəlir və xərcləri açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, cəmi gəlirlər 22 milyon 803 min 52 manat təşkil edib. Məbləğin 11 milyon 400 min manatı SOCAR-dan, 4 milyon 319 min 140 manatı UEFA-dan, 3 milyon 814 min 638 manatı əsas yığmanın yayım hüququndan, 2 milyon 634 min 803 manatı FIFA-dan, 94 min 400 manatı Coco coladan, 63 min 400 manatı UNİCEF-dən, 187 min 322 Paşa Sığortadan, 125 min 636 manatı Procter & Gamble-dən daxil olub.
Digər gəlirlər isə 163 min 713 manat olub. Qurumun cəmi əsas fəaliyyət xərcləri isə 17 milyon 554 min 722 manat təşkil edib.
Beləliklə, əsas fəaliyyət xərclərindən sonra qalıq 5 milyon 248 min 330 manatdır.
Qeyd edək ki, daxil olan vəsaitlərin 47%-i xarici mənbəələr hesabına formalaşıb. Daxil olan maliyyə vəsaitlərində yeni investisiyalar və ifrastruktura aid gəlirlər nəzərdə tutulmayıb.