"Keşlə"yə qarşı Azərbaycan Kubokunun cavab matçının sonlarında zədələnən "Kəpəz"in futbolçusu Ruslan Süleymanovun durumuna aydınlıq gəlib.
Klubun tibb personalından Sportnet.az-a verilən məlumata görə, MRT müayinəsi zamanı məlum olub ki, futbolçunun diz oynaq sistemində bağlar və vətərlərdə kəskin dərəcədə dartılma olub və ödem yaranıb.
Onun müalicəsi 3 həftə davam edəcək.
Qeyd edək ki, "Kəpəz" həmin matçda rəqibinə 0:2 hesabı ilə uduzub. Bakıdakı görüşdə 0:1 hesabı ilə məğlub olan Gəncə təmsilçisi kubokla vidalaşıb.









































































