
UEFA Çempionlar Liqası formatının 2024-cü ildən dəyişdiriləcəyinə dair xəbərlərə münasibət bildirib.
Sportnet.az-ın məlumatına görə, bu barədə Avropa futbol qurumundan TASS-a açıqlama verilib.
UEFA hazırda bütün tərəfdaşlarla geniş məsləhətləşmələrin aparıldığını vurğulayıb: "Bu mövzuda heç bir qərar qəbul olunmayıb. Hazırkı mərhələdə sizə əlavə məlumat və ya hər hansı şərh verə bilməyəcəyəm".
Qeyd edək ki, "Sky Sports" UEFA-nın 55 üzv assosiasiyasının yeni formatla bağlı təklifi qəbul etdiyini yazıb. Son qərarın apreldə veriləcəyi ehtimal olunur.