Azərbaycan millisinin Serbiyaya qarşı keçirəcəyi 2022-ci il dünya çempionatının seçmə oyunu üçün "23-lüy"ü bəlli olub.
Sportnet.az-ın məlumatına görə, baş məşqçi Canni De Byazi 7 futbolçunu siyahıya daxil etməyib.
Müdafiəçi Bəhlul Mustafazadə zədə səbəbindən oyunu buraxacaq. Amil Yunanov, Amin Seydiyev, Namiq Ələsgərov, Rəhim Sadıxov, Tellur Mütəllimov və Xəyal Nəcəfov isə baş məşqçinin istəyinə əsasən oyunda iştirak etməyəcək.
Azərbaycan yığmasının Serbiya ilə görüş üçün "23-lüy"ü
Qapıçılar: Emil Balayev, Şahrudin Məhəmmədliyev, Mehdi Cənnətov
Müdafiəçilər: Maksim Medvedev, Bədavi Hüseynov, Anton Krivotsyuk, Abbas Hüseynov, Azər Salahlı, Elvin Bədəlov, Şəhriyar Əliyev, Sərtan Taşkın, Təmkin Xəlilzadə
Yarımmüdafiəçilər: Emin Mahmudov, Coşqun Diniyev, Vüqar Mustafayev, İsmayıl İbrahimli, Aleksey İsayev, Elvin Cəfərquliyev, Toral Bayramov
Hücumçular: Ramil Şeydayev, Mahir Emreli, Əli Qurbani, Anatoli Nuriyev
Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Serbiya matçı saat 20:00-da başlayacaq.