Bakıda təlim-məşq toplanışını başa vuran 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi son yoxlama oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, hazırlıq çərçivəsində Birinci Divizion təmsilçisi “Qaradağ Lökbatan”la qarşılaşan yığma 3:0 hesablı qələbə qazanıb.
U-18-in qollarını Bahadur Quliyev, Ağadadaş Salyanski və Qurban Səfərov vurub.