
Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib.
Sportnet.az xəbər verir ki, birinci divizion təmsilçisi MOİK-lə qarşılaşan yığma 4:1 hesablı qələbə qazanıb.
U-19-un heyətində Vüsal Əliyev, Gülağa Əsədov, Xəyal Əliyev və Xəyal Səmədov fərqlənib.