Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə əlaqədar başsağlığı verib.
Sportnet.az xəbər verir ki, 55 yaşlı mütəxəssis bu barədə şəxsi instaqram hesabından paylaşım edib.
İtaliyalı baş məşqçi Azərbaycan dilində "Allah rəhmət eləsin", ingiliscə isə "Rest In Peace" ("Nur içində yat") yazıb.
Qeyd edək ki, Azad Rəhimov aprelin 30-da ABŞ-da dünyasını dəyişib. O, ötən gün II Fəxri Xiyabanda dəfn olunub.