"Mən ilk növbədə insan, sonra futbolçuyam. Xüsusi şəxs deyiləm".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin futbolçusu Keysuke Honda "Neftçi TV"də yayımlanan "Həmsöhbət" verilişində şəxsi keyfiyyətləri barədə danışarkən deyib.
Yaponiyalı yarımmüdafiəçi bildirib ki, əvvəlcə yaxşı insan və ata kimi tanınmaq istəyir: "Bundan sonra futbolçu kimi tanısınlar. Hazırda mən biznesmen deyil, yaxşı insan olmaq istəyirəm".
35 yaşlı oyunçu hər qoluna bir saat taxmasının səbəbini də açıqlayıb: "Saatlardan biri Yaponiya, digəri isə olduğum ölkənin vaxtını göstərir. Bu, mənim üslubumdur. Dəbi sevirəm. Saatlar çox xoşuma gəlir".
Qeyd edək ki, Keysuke Honda "Neftçi" ilə cari mövsümün sonunadək müqavilə imzalayıb.