
Azərbaycan milli komandasının və "Sabah" klubunun futbolçusu Təmkin Xəlilzadə "Neftçi"yə keçəcəyinə dair iddialara münasibət bildirib.
Sportnet.az xəbər verir ki, bununla bağlı 28 yaşlı cinah oyunçusu şəxsi instaqramında paylaşım edib. Xəlilzadə barəsində gedən xəbərləri təəccüblə oxuduğunu yazıb.
O, hazırda “Sabah” klubu ilə müqaviləsinin davam etdiyini xatırladıb: "Bu səbəbdən, hər hansı klubla danışmağım, müqavilə imzalamağım və anlaşmağım reallıqdan kənardır. İndiki halda, sadəcə üzvü olduğum klubun oyunlarına köklənmişəm. Təkliflərə gəlincə, mövsüm bitdikdən sonra, götür-qoy edib, qərar verəcəyəm və qərarımı sizə ilk olaraq, özüm xəbər edəcəyəm”.
Qeyd edək ki, Təmkin Xəlilzadənin “Sabah”la müqaviləsi mövsümün sonunadəkdir.