"Sabah" klubunda mövsümün sonunda 15 futbolçunun müqaviləsi başa çatır.
Bu barədə Sportnet.az-a paytaxt təmsilçisindən məlumat verilib.
Bunlar qapıçılar Saşa Stamenkoviç, Alvaro Vilyete, müdafiəçilər Ruslan Abışov, Zurab Oçiqava, Bəxtiyar Həsənalızadə, Məhəmməd Mirzəbəyov, Filip İvanoviç, yarımmüdafiəçilər Elşən Abdullayev, Mario Marina, Mario Marina, Təmkin Xəlilzadə və hücumçular Amadu Diallo, Kevin Kubemba, Ramil Şeydayev, Xulio Rodrigesdir.
Klub müqaviləsini yeniləmək istədiyi oyunçularla danışıqlara Azərbaycan Premyer Liqasının sonuncu - XXVIII turundan sonra başlayacaq.
Qeyd edək ki, "Sabah" sonuncu turda "Zirə"ni qəbul edəcək. Mayın 19-da keçiriləcək oyun saat 18:00-da başlayacaq.