Alanyadakı "Oba" stadionunda keçirilmiş Türkiyə - Azərbaycan oyunundan əvvəl AFFA prezidenti Rövnəq Abdullayevlə Türkiyə Futbol Federasiyasının rəhbəri Nihat Özdemir arasında görüş keçirilib.
Sportnet.az-ın məlumatına görə, görüşdə AFFA və TFF arasında qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi baradə fikir mübadiləsi aparılıb.
Daha sonra xatirə hədiyyələri təqdim olunub.
Qeyd edək ki, qarşılaşma Türkiyənin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.