Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp İsveçrə Konfederasiyasının Azərbaycan və Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri Muriel Peneveyre ilə görüşüb.
Sportnet.az-ın məlumatına görə, Şarp bu barədə tvitter hesabında paylaşım edib.
O, Uels yığmasının İsveçrə ilə Bakıda baş tutacaq matçına toxunub: "İsveçrəli həmkarımla görüşdük. AVRO-2020-nin oyununda bir-birimizə uğurlar arzuladıq".
Qeyd edək ki, iyunun 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək Uels - İsveçrə matçı saat 17:00-da başlayacaq.
AVRO-2020 iyunun 11-dən iyulun 11-dək olacaq. Bakıda həmçinin Türkiyə - Uels və Türkiyə - İsveçrə oyunları, eləcə də 1/4 final mərhələsinin 1 görüşü təşkil ediləcək.