Futbol üzrə Avropa çempionatında C qrupunun ikinci oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Amsterdam Arena"da Niderland yığması Ukrayna millisi ilə üz-üzə gəlib.
Qarşılaşma Niderlandın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. İlk hissə qolsuz bərabərliklə başa çatıb. Görüşdə əsas hadisələr ikinci yarıda yaşanıb.
52-ci dəqidədə Corcinyo Veynaldum hesabı açıb, 59-cu dəqiqədə isə Vaut Veqhorst fərqi iki topa çatdırıb. Ukrayna yığmasının heyətində Andrey Yarmolenko 75-ci dəqiqədə fərqi azaldıb, Roman Yaremçuk 79-cu dəqiqədə bərabərlik qolunu vurub.
Denzel Dyomfris isə 85-ci dəqiqədə Niderlanda qələbə qazandıran qola imza atıb.
C qrupunun ilk oyununda Avstriya Şimali Makedoniyanı 3:1 hesabı ilə üstələyib.
---------------------------------------------------
Futbol üzrə Avropa çempionatında C qrupunun ilk oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, Rumıniyanın paytaxtı Buxarestdəki Milli Arenada Avstriya və Şimali Makedoniya yığmaları üz-üzə gəlib.
Hesabı 18-ci dəqiqədə Ştefan Layner açıb. Bundan 10 dəqiqədə sonra Qoran Pandev Şimali Makedoniya millisinin mötəbər yarışda ilk qolunu vurub. Lakin 78-ci dəqiqədə Mixael Qreqoriç, 89-cu dəqiqədə isə Marko Arnautoviç fərqlənərək, Avstriya yığmasının 3:1 hesablı qələbəsini təmin edib.
Qeyd edək ki, C qrupunda ilk turun digər oyunu bu gün Niderland və Ukrayna milliləri arasında olacaq. Bakı vaxtı ilə saat 23:00-da başlanacaq qarşılaşma "Amsterdam Arena"da keçiriləcək. Görüşü almaniyalı referi Feliks Brıx idarə edəcək.
-------------------------------
Futbol üzrə Avropa çempionatının D qrupunda mübarizəyə start verilib.
Sportnet.az-ın məlumatına görə, turnirin favoritlərindən İngiltərə millisi Xorvatiya ilə qarşılaşıb. Londondadkı "Uembli" stadionunda oynanılan matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşün ilk hissəsində qapılara qol vurulmayıb. Oyundakı yeganə qolun müəllifi isə Rəhim Sterlinq olub. İngiltərənin "Mançester Siti" klubunda çıxış edən hücumameylli yarımmüdafiəçi 57-ci dəqiqədə fərqlənərək, komandasına qələbə qazandırıb.
Qeyd edək ki, D qrupunun digər qarşılaşması sabah Şotlandiya və Çexiya yığmaları arasında olacaq.
-----------------------------------------
Bu gün futbol üzrə Avropa çempionatında daha 3 oyun keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, qarşılaşmaların ikisi C, biri isə D qrupunda baş tutacaq.
Günün ilk matçı D qrupunda İngiltərə və Xorvatiya yığmaları arasında olacaq. Londondakı "Uembli" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
C qrupunda Avstriya Şimali Makedoniya ilə, Niderland isə Ukrayna ilə üz-üzə gələcək. İlk qarşılaşma Rumıniyanın paytaxtı Buxarestdəki "Milli Arena"da, ikinci oyun isə Amsterdamdakı "Yohan Kroyf Arena"da gerçəkləşəcək. Görüşlər müvafiq olaraq Bakı vaxtı ilə saat 20:00 və 23:00-da start götürəcək.
Avropa çempionatı
13 iyun
C qrupu, I tur
20:00. Avstriya - Şimali Makedoniya - 3:1
Qollar: Ştefan Layner, 18. Mixael Qreqoriç, 78. Marko Arnautoviç, 89 - Qoran Pandev, 28
23:00. Niderland - Ukrayna - 3:2
Qol: Corcinyo Veynaldum, 52. Vaut Veqhorst, 59 - Andrey Yarmolenko, 75. Roman Yaremçuk, 79. Denzel Dyomfris, 85
D qrupu
17:00. İngiltərə - Xorvatiya - 1:0
Qol: Rəhim Sterlinq, 57
Qeyd edək ki, A qrupunun İsveçrə - Uels matçına (1:1) ev sahibliyi edən Bakı Olimpiya Stadionunda Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmaları, eləcə də 1/4 final mərhələsinin 1 oyunu keçiriləcək.