Futbol üzrə Avropa çempionatında II tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, turun son ohununda İspaniya və Polşa milliləri üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Sevilyadakı "Estadio La Cartuja" stadionunda təşkil olunmuş qarşılaşmada hesabı 25-ci dəqiqədə meydan sahiblərindən Alvaro Morata açıb. Lakin 54-cü dəqiqədə Robert Levandovski bərabərlik qolunu vurub.
İspaniya millisi bundan 4 dəqiqə sonra yenidən önə keçmək imkanı qazanıb. Lakin Jerar Moreno penaltidən yararlana bilməyib.
Beləliklə, E qrupundakı ikinci matçından da heç-heçə ilə ayrılan 3 qat Avropa çempionları 2 xalla 3-cü pillədə qərarlaşıb. İlk xalını qazanan Polşa isə 4-cüdür. Qrupdakı ilk görüşündə Slovakiyaya qalib gələn İsveç 4 xalla liderdir. Slovakiya 3 xalla 2-ci yerdə gedir.
Qeyd edək ki, III tura iyunun 20-də A qrupunun İtaliya - Uels və Türkiyə - İsveçrə qarşılaşmaları ilə start veriləcək.
--------------------------------
Futbol üzrə Avropa çempionatının F qrupunda II turun növbəti oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, günün maraqla gözlənilən matçında son çempion Portuqaliya Almaniya ilə üz-üzə gəlib.
Münhendəki eyniadlı stadionda keçirilmiş qarşılaşma Bundestimin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə hesab 15-ci dəqiqədə açılıb. Kriştianu Ronaldu Portuqaliyanı önə keçirib. 35-ci və 39-cu dəqiqələrdə onun komanda yoldaşları Ruben Diaş və Rafael Gerreyru avtoqol müəllifi olub. İlk hissə Almaniyanın 2:1 hesablı üstünlüyü ilə bitib.
51-ci dəqiqədə Kay Haverts, 60-cı dəqiqədə isə Robin Qosens fərqi daha da artırıb. 7 dəqiqə sonra Diequ Jota Portuqaliyanın ikinci qoluna imza atıb.
Bu nəticədən sonra F qrupuna 4 xalla Fransa başçılıq edir. Almaniya və Portuqaliya 3 xalla 2-3-cü yerləri bölüşdürür. Macarıstan isə 1 xalla sonuncudur.
-----------------------------------
Futbol üzrə Avropa çempionatının F qrupunda II tura start verilib.
Sportnet.az-ın məlumatına görə, turnirin favoritlərindən Fransa millisi Macarıstanla qarşılaşıb. Budapeştdəki "Puşkaş Arena"da keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.
Görüşdə ilk qolu macarlar vurublar. Attila Fiola ilk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə rəqibi məyus edib. Birinci yarı bu hesabla yekunlaşıb. İkinci hissədə hücumların kəsərini artıran fransızlar 66-cı dəqiqədə tarazlığı bərpa ediblər. Antuan Qrizmann qapıçının qaytardığı topu dəqiq zərbə ilə tora göndərib.
Bu nəticədən sonra xallarını 4-ə çatdıran Fransa millisi liderliyə yüksəlib. İlk xalını qazanan Macarıstan yığması isə 3-cü pilləyə qalxıb.
Qeyd edək ki, bu qrupun digər matçında Portuqaliya və Almaniya yığmaları üz-üzə gələcəklər.
----------------------------------
Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsində II turun növbəti 3 oyunu keçiriləcək.
Sportnet.az məlumatına görə, görüşlərdən ikisi F, biri isə E qrupunda oynanılacaq.
Günün ilk matçı F qrupunda Macarıstan və Fransa yığmaları arasında olacaq. Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Oyunu ingiltərəli Maykl Oliver idarə edəcək. İlk turda Almaniyanı 1:0 hesabı ilə məğlub edən Fransa qələbə qazanacağı təqdirdə 1/8 final mərhələsinə vəsiqəni təmin edəcək.
Qrupun digər görüşündə son çempion Portuqaliya Almaniya ilə üz-üzə gələcək. Münhendəki eyniadlı stadionda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bu qarşılaşmanın baş hakimi ingiltərəli Entoni Teylor olacaq. İlk oyunda macarları 3:0 hesabı ilə üstələyən Portuqaliya güclü rəqibinə də qalib gəlsə, növbəti raundda iştirakı rəsmiləşdirəcək.
Günün son matçında 3 qat Avropa çempionu Polşanı sınağa çəkəcək. Sevilya şəhərindəki "Estadio La Cartuja" stadionundakı matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyunu italiyalı Daniele Orsato idarə edəcək. İspanlar ilk oyunda İsveçlə qolsuz heç-heçə edibsə, Polşa Slovakiyaya 1:2 hesabı ilə uduzub.
Avropa çempionatı
F qrupu, II tur
17:00. Macarıstan - Fransa - 1:1
Qollar: Attila Fiola, 45+2 - Antuan Qrizmann, 66
Baş hakim: Maykl Oliver (İngiltərə)
Budapeşt. "Puşkaş Arena"
20:00. Portuqaliya - Almaniya - 2:4
Qollar: Kriştianu Ronaldu, 15. Diequ Jota, 67 - Ruben Diaş, (avtoqol) Rafael Gerreyru, 39 (avtoqol), Kay Haverts, 51. Robin Qosens, 60
Baş hakim: Entoni Teylor (İngiltərə)
Münhen. "Münhen Arena"
23:00. İspaniya - Polşa - 1:1
Qollar: Alvaro Morata, 25 - Robert Levandovski, 54
İstifadə olunmamış penalti: Jerar Moreno, 58 (İspaniya)
Baş hakim: Daniele Orsato (İtaliya)
Sevilya. "Estadio La Cartuja" stadionu