Futbol üzrə Avropa çempionatında 1/4 final mərhələsinin son oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, İtaliyanın paytaxtı Romadakı "Olimpiko" stadionunda İngiltərə və Ukrayna yığmaları üz-üzə gəlib. Almaniyalı referi Feliks Brıxın idarə etdiyi qarşılaşma britaniyalıların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.
İngiltərə yığmasından Harri Keyn, 4-cü və 50-ci dəqiqələrdə dubl edib. Qalan qolları Harri Maquayr 46-cı, Cordan Henderson 63-cü dəqiqədə vurub.
Beləliklə, yarımfinal oyunlarında üz-üzə gələcək bütün komandalar müəyyənləşib. Finala gedən yolda İtaliya İspaniya ilə iyulun 6-da, Danimarka isə İngiltərə ilə iyulun 7-də görüşəcək. İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda təşkil olunacaq hər qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
-----------------------------
Futbol üzrə Avropa çempionatında 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda Çexiya və Danimarka komandaları üz-üzə gəlib.
Qarşılaşma Danimarkanın 2:1 hesablı qələbəsi ilə bitib. Skandinaviya təmsilçisinin heyətində Tomas Dileyni 5-ci dəqiqədə hesabı açıb. 42-ci dəqiqədə Kasper Dolberq fərqi daha da artırıb. İlk yarı bu hesabla yekunlaşıb. Fasilədən sonra Çexiya fərqi azaltmağa nail olub. 49-cu dəqiqədə yığmanın bombardiri Patrik Şik fərqlənsə də, çexlərin bundan artığına gücü çatmayıb.
Bu, AVRO-2020-nin Bakıda keçirilmiş sonuncu qarşılaşması olub. Daha əvvəl Azərbaycanın paytaxtında A qrupunun 3 matçı gerçəkləşib.
Danimarka yarımfinalda Ukrayna - İngiltərə cütünün qalibi ilə üz-üzə gələcək. Həmin görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
-----------------------------------
Bu gün futbol üzrə Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulacaq.
Sportnet.az-ın məlumatına görə, sonuncu oyun günündə daha iki qarşılaşma keçiriləcək.
Günün ilk matçı Bakı Olimpiya Stadionunda Çexiya və Danimarka komandaları arasında olacaq. Saat 20:00-da başlayacaq görüşü niderlandlı FIFA referisi Byorn Kuypers idarə edəcək. Skandinaviya təmsilçisi 1/8 finalda Uelsi, çexlər isə Niderlandı mübarizədən kənarlaşıb.
Günün və mərhələsinin son qarşılaşmasında İngiltərə və Ukrayna yığmaları üz-üzə gələcək. İtaliyanın paytaxtı Romadakı "Olimpiko" stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşün baş hakimi almaniyalı Feliks Brix olacaq. Britaniyalılar əvvəlki raundda Almaniyanı, Ukrayna isə İsveçi üstələyib.
Bu iki oyunun qalibi yarımfinalda bir-birinə rəqib olacaq.
Avropa çempionatı
3 iyul
1/4 final
20:00. Çexiya - Danimarka - 1:2
Qollar: Patrik Şik, 49 - Tomas Dileyni, 5. Kasper Dolberq, 42
Baş hakim: Byorn Kuypers (Niderland)
Bakı. Bakı Olimpiya Stadionu
23:00. Ukrayna - İngiltərə - 0:4
Qollar: Harri Keyn, 4; 50. Harri Maquayr, 46. Cordan Henderson, 63
Baş hakim: Feliks Brix (Almaniya)
Roma. "Olimpiko" stadionu
Qeyd edək ki, AVRO-2020 iyulun 11-də başa çatacaq. Daha əvvəl Bakı A qrupunun 3 oyunu da keçirilib.