Türkiyənin "Qalatasaray" klubundan ayrılan futbolçu Rayan Donkun yeni klubu bəlli olub.
Sportnet.az məlumatına görə, 35 yaşlı yarımmüdafiəçi "Kasımpaşa" ilə anlaşıb.
İstanbul təmsilçisi niderlandlı oyunçu ilə 1+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Rayan Donk 2016-cı ildən "Qalatasaray"da çıxış edib. O, 2013 - 2016-cı illərdə də "Kasımpaşa"nın formasını geyinib.