
Futbol üzrə Azərbaycan Premyer Liqasının 2021/2022 mövsümündə qış fasiləsinin vaxtı müəyyənləşib.
Sportnet.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, dekabrın 16-da XIV turun oyunlarından sonra ölkə çempionatında fasilə yaranacaq.
Çempionatın ikinci yarısına 2022-ci il fevralın 7-də start veriləcək və mayın 21-də yekun vurulacaq.