Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətinə daha bir futbolçu dəvət olunub.
Sportnet.az xəbər verir ki, “Qarabağ” klubunun üzvü İlkin Cəfərli düşərgəyə qoşulub.
Qeyd edək ki, komanda hazırlıq prosesində Türkiyə ilə iki yoldaşlıq oyunu keçirəcək.