UEFA prezidenti Aleksander Çeferin FIFA-nın iki ildən bir dünya çempionatı təşkil etmək planını dəstəkləmir.
Sportnet.az "Associated Press"ə istinadən xəbər verir ki, 54 yaşlı sloveniyalı funksioner FIFA prezidenti Canni İnfantino və ali futbol qurumunun bu mövzuda əlaqə qurmaq istəməməsindən narahatdır.
Çeferin Avropadakı azarkeş qruplarını birləşdirən FSE (Football Supporters Europe) təşkilatının direktoru Ronan Eveyniyə ünvanladığı məktubda narahatlığını ifadə edib: "FIFA-nın bu ideyanı təbliğ etmək üçün artıq kampaniya başlatması təəccüblüdür. Halbuki təkliflər rəsmi olaraq irəli sürülməyib".