İtaliyanın "Yuventus" klubunun gənclərdən ibarət komandasının futbolçusu Brayan Dodyen 17 yaşında ölüb.
Sportnet.az xəbər verir ki, Dodyen bir neçə il xərçəng xəstəliyi ilə mübarizə aparıb. Ona hələ 12 yaşında xərçəng diaqnozu qoyulsa da, 2019-cu ildə meydana qayıda bilib və "Yuventus"un U-15 komandasının heyətində çıxış edib.
Komandanın keçmiş yarımmüdafiəçi Pol Poqba isə futbolkasındakı "Brayan, mən səninləyəm" yazısı ilə qolunu Dodyenə həsr edib.