
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu kollektiv A qrupundakı ikinci matçında səfərdə Avstriya ilə üz-üzə gəlib.
"Kayne Zorgen Arena"dakı qarşılaşma rəqibin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin qollarını 3 və 40-cı dəqiqədə Çikvubueyke Adamu, 19-cu dəqiqədə Emanuel Aivu, 85-ci dəqiqədə Roman Şmit, 90 və 90+3-cü dəqiqədə isə Tobias Anselm vurub.
Qrupun digər görüşündə Xorvatiya səfərdə Finlandiyaya qalib gəlib - 2:0.
Azərbaycan komandası qrupdakı ilk görüşündə səfərdə Xorvatiyaya 0:2 hesabı ilə uduzub. Hazırda xalı olmayan yığma 5-ci pillədə qərarlaşıb.
--------------------------------------------------
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu kollektiv A qrupundakı ikinci matçında səfərdə Avstriya ilə üz-üzə gələcək. "Kayne Zorgen Arena"dakı qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Görüşü Belarusdan olan FIFA referisi Amin Kurqheli idarə edəcək.
Azərbaycan millisi qrupdakı ilk görüşündə səfərdə Xorvatiyaya 0:2 hesabı ilə uduzub. Hazırda xalı olmayan yığma 5-ci pillədə qərarlaşıb.
Avropa çempionatının seçmə mərhələsi
A qrupu
20:00. Avstriya - Azərbaycan - 6:0
Qol: Çikvubueyke Adamu, 3. 40 Emanuel Aivu, 19. Roman Şmit, 85. Tobias Anselm, 90. 90+3
Hakimlər: Amin Kurqheli, Yuri Xomçenko, Viktor Xetskov, Denis Şerbakov (Belarus)
Rid, "Kayne Zorgen Arena"
Xal durumu: Norveç - 3, Finlandiya - 3, Xorvatiya - 3, Avstriya - 3 (2 oyuna), Azərbaycan - 0, Estoniya - 0 (2)