Əməliyyat olunan əfsanəvi futbolçu Pelenin səhhəti ilə bağlı son durumu açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə 81 yaşlı sabiq hücumçunun qızı Keli Nasimentu instaqram hesabında bildirib.
O, atasının vəziyyətinin yaxşı olduğunu vurğulayıb: "Ağrısı yoxdur, əhval-ruhiyyəsi yaxşıdır. 1-2 gündən sonra adi palataya küçürüləcək, sonra evinə gedəcək".
Qeyd edək ki, Pele sentyabrın 6-da bağırsağındakı şiş ucbatından əməliyyat olunub.