
I Divizionda ilk tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, ikinci oyun günündə 3 qarşılaşma baş tutub. Hər 3 görüş qonaqların qələbəsi ilə yekunlaşıb.
MOİK "Turan Tovuz"u, "Qaradağ Lökbatan" "Sumqayıt-2"ni, "Zirə-2" isə "Səbail-2"ni məğlub edib.
I Divizion
I tur
"Turan Tovuz" - MOİK - 0:2
Qollar: Elşən Veyisov, 12, Elmir Rəhimzadə, 37
Qırmızı vərəqə: Fərmayıl Əliyev, 79 (Turan Tovuz)
"Sumqayıt-2" - "Qaradağ Lökbatan" - 0:2
Qollar: Sabir Allahquliyev, 45; 48
"Səbail-2" - "Zirə-2" - 1:2
Qollar: Kənan Mirzəliyev, 45+2 - Velves Santos, 17, Samir Ağayev, 25
Qırmızı vərəqə: İlkin Muradov, 71 ("Zirə")