"Neftçi"nin futbolçusu Romen Baskın qızı dünyaya gəlib.
Sportnet.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Paytaxt təmsilçisi bu münasibətlə fransalı yarımmüdafiəçini təbrik edib, onun övladının xoşbəxt və sağlam böyüməsini arzulayıb.
Qeyd edək ki, Romen Bask cari mövsümün əvvəlində "Neftçi"yə keçib.