“Neftçi” "Keşlə"yə qarşı keçirəcəyi Premyer Liqanın IV tur matçına hazırlığını davam etdirir.
Sportnet.az xəbər verir ki, bir günlük fasilədən sonra sentyabrın 15-də hazırlığı bərpa edən komanda bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb.
Bütün futbolçuların iştirak etdityi hazırlıq prosesi əsasən toplu və taktiki çalışmalardan ibarət olub.
Qeyd edək ki, sentyabrın 19-da "Bakcell Arena"da keçiriləcək “Neftçi” – “Keşlə” oyunu saat 18:30-da başlayacaq.