"Qəbələ"nin futbolçusu Yaovi Akakpo bu gün MRT müayinəsindən keçib.
Klubdan Sportnet.az-a verilən məlumata görə, 22 yaşlı yarımmüdafiəçinin çarpaz bağlarında qırılma aşkarlanıb. Onun əməliyyat olunacağı və ilin sonunadək yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.
Qeyd edək ki, Yaovi Akakpo "Qəbələ"də 2020-ci ilin fevralından çıxış edir. O, cari mövsümdə 2 qol vurub.