
“Neftçi” Premyer Liqanın 6-cı turunda qarşılaşacağı “Səbail”lə matçın hazırlığını davam etdirir.
Sportnet.az xəbər verir ki, birgünlük fasilədən sonra sentyabrın 29-da hazırlığı bərpa edən komanda bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb.
Bütün futbolçuların iştirak etdiyi hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib. Sabah “ağ-qaralar” oyunöncəsi son məşqinə çıxacaq və bununla da “Səbail”lə görüşün hazırlığını başa vuracaq.
Qeyd edək ki, “Səbail” – “Neftçi” matçı oktyabrın 2-si saat 19:15-də “ASCO Arena”da keçiriləcək.