“Neftçi” klubu Azərbaycan Premyer Liqasında XII turun "Səbail"lə ev oyununa narıncı rəngli formada çıxacaq.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və "United Nations in Azerbaijan" ilə əməkdaşlıq çərçivəsində gerçəkləşəcək.
Flaqman bununla 25 noyabr - 10 dekabrda həyata keçirilən qadınlara və qızlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş "16 günlük fəallıq" kampaniyasına töhfə verəcək. Klub görüşə zorakılıqla mübarizəni simvolizə edən narıncı rəngli formada çıxacaq və #ZorakılığaSon deyəcək.
Qeyd edək ki, noyabr 27-də "Bakcell Arena"da keçiriləcək görüş saat 18:15-də başlanacaq.