İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Kevin De Brüyne 2021-ci ilin ən yaxşı pleymeykeri seçilib.
Sportnet.az-ın məlumatına görə, Belçika millisinin yarımmüdafiəçisi Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) versiyasına əsasən bu ada yiyələnib.
30 yaşlı oyunçu 160 xalla bütün rəqiblərini qabaqlayıb. Argentina yığmasının və Fransa PSJ-sinin hücumçusu Lionel Messi 105 xalla 2-ci olub. İngiltərənin "Mançester Yunayted" klubundan Brunu Fernandeş və Almaniya "Bavariya"sından Tomas Müller hərəyə 15 xalla 3 - 4-cü yerləri bölüşdürürlər.