UEFA Konfrans Liqasının qrup mərhələsində VI turun statistik göstəriciləri açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, "Qarabağ"ın üzvü Kadi Borges cinahdan cərimə meydançasına ən çox dəqiq ötürmə verən iki oyunçudan biridir.
25 yaşlı yarımmüdafiəçinin İsveçrədə "Bazel"lə qarşılaşmada 5 cəhdi uğurlu alınıb. Braziliyalı oyunçu Niderlandın "Vitess" klubunda çıxış edən Maksimilian Vitteklə birlikdə 1-2-ci yerləri bölüşdürür.
Azərbaycan təmsilçisində Şahruddin Məhəmmədəliyev isə ən çox qurtarış edən qapıçıların sırasındadır. O, "Bazel"dən Haynts Linder və Serbiya "Partizan"ından Aleksandar Popoviçlə birgə 4 - 6-cı pillələri bölüşdürür. Hər üç qolkiper 5 dəfə komandasını real qoldan xilas edib.
Qeyd edək ki, "Qarabağ" "Bazel"ə 0:3 hesabı ilə uduzub.