
İtaliyanın “Napoli” klubunun rəhbəri Aurelio De Laurentis UEFA prezidenti Aleksander Çeferini tənqid edib.
Sportnet.az-ın məlumatına görə, 72 yaşlı funksioner bu barədə "Sky Sport Italia"ya açıqlama verib.
De Laurentis Avropa futbol qurumunu da tənqid hədəfinə tutub: "Avropa Liqasındakı çıxışımız çox səy tələb edir. Lakin bunun üçün layiqli kompensasiya yoxdur. Yalnız struktur, yəni UEFA zənginləşir".
Klub rəhbərinin fikrincə, Avropa Klublar Assosiasiyası (ECA) qətərlilərin girovuna çevrilib: "UEFA prezidenti Çeferin PSJ-nin sahiblərinin əlindədir. O, Qətərin gücünə və parıltısına heyrandır".