
"Kəpəz" qış transfer dönəmində heyətinə yeni futbolçu cəlb edib.
Sportnet.az xəbər verir ki, Gəncə lomandası Roman Hüseynov ilə güclənib. Onunla mövsümün sonuna kimi müqavilə bağlanılacaq.
Yarımmüdafiəçinin sonuncu klubu "Sumqayıt" olub. Hüseynov bir neçə il öncə "Kəpəz" Azərbaycan Premyer Liqasında çıxış edəndə "sarı-göylər"in heyətində oynayıb.