
İtaliya “Yuventus”unun baş məşqçisi Massimiliano Alleqri cəzalandırılıb.
Sportnet.az-ıın məlumatına görə, səbəb təcrübəli mütəxəssisin İtaliya A Seriyasının XX turunda “Napoli” ilə oyundan sonra baş hakimin ünvanına nalayiq ifadə işlətməsidir.
Yerli İntizam Komitəsi bu hərəkətinə görə, Alleqrini 1 matçlıq diskvalifikasiya edib. O, “Roma” ilə növbəti tur qarşılaşmasında texniki zonadakı yerini ala bilməyəcək. Mütəxəssis eyni zamanda 10 min avro cərimələnib.
Turin klubu ehtiyat oyunçular skamyasında əyləşənlərin davranışına görə, əlavə 10 min avro cərimə də ödəməli olacaq.
Qeyd edək ki, görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.