Nigeriya və Qana milli komandaları arasında keçirilmiş dünya çempionatının seçmə oyunundan sonra FIFA-nın dopinq nəzarəti inspektoru Jozef Kabunqo dünyasını dəyişib.
Sportnet.az xəbər verir ki, bu barədə Zambiya Futbol Federasiyası məlumat yayıb. Hadisə şahidlərinin sözlərinə görə, Kabunqonu azarkeşlər döyərək öldürüblər.
Federasiya inspektorun ölümünün dəqiq səbəbini öyrənmək üçün ali futbol qurumunun hesabatını gözləyəcəyini bildirib.
Qeyd edək ki, Afrika Futbol Konfederasiyası zambiyalı Jozef Kabunqonu görüşə dopinqə nəzarət üçün təyin etmişdi. Nigeriya millisinin azarkeşləri qarşılaşmadan sonra DÇ-2022-yə vəsiqə qazana bilmədikləri üçün iğtişaş törədiblər.