İngiltərədə "Mançester Siti" və İspaniya "Real Madrid"i arasında keçirilən UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda maraqlı hadisə baş verib.
Sportnet.az-ın məlumatına görə, matçın əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə meydana azarkeşlər daxil olub. Bu səbəbdən görüşdə 2 dəqiqəlik məcburi fasilə yaranıb.
Təhlükəslzik xidmətinin əməkdaşları fanatları meydandan kənarlaşdırdıqdan sonra qarşılaşma davam etdirilib.
Qeyd edək ki, hazırda oyunda hesab "Mançester Siti"nin xeyrinədir - 4:3.