İtaliyanın həvəskarlar liqasında çıxış edən "Kuincentole" klubunun futbolçusu Dimitri Roveri oyun vaxtı dünyasını dəyişib.
Sportnet.az-ın məlumatına görə, buna kapitanın infarkt keçirməsi səbəb olub. Hadisə "Kazalpolyo"ya qarşı matçda baş verib. Huşunu itirərək yerə yıxılan 27 yaşlı oyunçu dərhal Milan şəhərindəki "San-Raffaela" xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
O, bir müddət öncə sentyabrda ata olacağını açıqlamışdı.
Qeyd edək ki, Dimitri Roveri həm də qocalar evində bağban və təmizlikçi işləyirdi.