
Ukraynanın "Şaxtyor" (Donetsk) klubu ölkədəki müharibə səbəbindən UEFA Çempionlar Liqasındakı (ÇL) ev oyunlarını Polşada keçirmək istəyir.
Sportnet.az-ın məlumatına görə, bu barədə Donetsk təmsilçisinin direktoru Dario Srna "Sportowe Fakty" nəşrinə açıqlama verib.
40 yaşlı mütəxəssis bildirib ki, "Legiya" ilə xeyriyyə matçı sözügedən ölkədən oynadıqları son qarşılaşma olmayacaq: "Polşa Ukraynaya kömək edir. Onlara hansısa yolla təşəkkürümüzü bildirmək istəyirik. Varşava ÇL matçlarımızı keçirmək üçün ən yaxşı yer olardı".
Qeyd edək ki, Ukrayna Premyer Liqasında 2021/2022 mövsümü vaxtından əvvəl başa çatdırılıb, "Şaxtyor" çempion elan edilib.