
"Sabahkı matçda yaxşı nəticə əldə etməyə çalışacağıq".
Sportnet.az-ın məlumatına görə, bunu Qazaxıstan millisinin futbolçusu Ashat Tağıbergen evdə Azərbaycan yığmasına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının I tur matçından əvvəl mətbuat konfransında deyib.
Azərbaycanla tez-tez qarşılaşdıqlarını xatırladan 32 yaşlı yarımmüdafiəçi sabahkı qarşılaşmaya tam hazır olduqlarını söyləyib.
Qeyd edək ki, iyunun 3-də "Astana Arena"da keçiriləcək Qazaxıstan - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.