İspaniya yığmasının futbolçusu Serxio Buskets hazırda "Barselona"nın baş məşqçisi olan Xavi Ernandesin uğurunu geridə qoyub.
Sportnet.az-ın məlumatına görə, 34 yaşlı yarımmüdafiəçi buna Portuqaliya ilə 1:1 hesablı heç-heçə etdikləri UEFA Millətlər Liqasının I tur matçında nail olub.
Qarşılaşmaya start heyətdə başlayan oyunçu yığmada 134-cü dəfə meydana çıxıb. O, komandada ən çox görüşdə iştirak edən üçüncü futbolçu kimi tarixə düşüb. Millinin sabiq qapıçısı İker Kasilyas 167, hazırda Fransa PSJ-sində çıxış edən Serxio Ramos 180 matçda yığmanın formasını geyinib.
Qeyd edək ki, Serxio Buskets 2009-cu ildə İspaniya millisində debüt edib.