"İlk 25 dəqiqədə yaxşı çıxış etdik. Daha sonra rəqib təşəbbüsü ələ aldı və təhlükəli epizodlar yaratdı".
Sportnet.az-ın məlumatına görə, bunu Qazaxıstan millisinin baş məşqçisi Məhəmməd Adıyev Azərbaycan yığmasına 2:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin I tur oyunundan sonra mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis ikinci yarıda yaxşı çıxış etdiklərini söyləyib.
Adıyev Canni De Byazinin "Şans amili də öz rolunu oynadı" ifadəsinə münasibət bildirib: "Azərbaycanın baş məşqçisi çox danışır. Oyundan əvvəl də çox danışırdı. Biz az danışıb daha çox çalışan komandayıq. Bu barədə əlavə deyəcəyim heç nə yoxdur".
Rusiyalı baş məşqçi oyunun məzmunundan tam razı qalmadığını sözlərinə əlavə edib.