Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.
Sportnet.az xəbər verir ki, Qəbələ şəhər stadionunda Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Yerli komandanın yeganə qolunu Cavad Kərimov fərqlənib. İki kollektiv arasında növbəti oyun iyunun 10-da keçiriləcək.