"Sumqayıt"ın yay hazırlıq planı bəlli olub.
Klubun Mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədovun Sportnet.az-a verdiyi məlumata görə, "gənclik şəhəri" təmsilçisi iyunun 27-də doğma şəhərdə bir araya gələcək.
İyulun 15-dək Sumqayıtda hazırlıq keçəcək komanda toplanışın 2-ci mərhələsi üçün Türkiyəyə yollanacaq. Boludakı 2 həftəlik təlimlərdə 3 yoxlama oyunu nəzərdə tutulub. Hələlik sparrinq-rəqiblərin adları bilinmir.
Qeyd edək ki, "Sumqayıt" ötən mövsüm Azərbaycan Premyer Liqasını 22 xalla 6-cı pillədə başa vurub.