AFFA İntizam Komitəsi Həvəskar Liqasında çıxış edən “Alligators” klubunun futbolçusu Nəcəfəli Qasımovu 1 oyunluq cəzalandırıb.
Sportnet.az xəbər verir ki, buna oyunçunun “Çinar Zəngilan-2”yə qarşı matçda qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılması səbəb olub.
"Alligators"un ehtiyatda olan futbolçusu Kənan Sadıxov isə hakimləri təhqir etidiyinə görə birbaşa qırmızı vərəqə alıb. Ona 4 oyunluq cəza verilib.
Həvəskar Liqasının “Bayıl Rovers” – “Qobustan” matçında isə meydan sahibi komandasının futbolçusu Kone Soumaila qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.