İspaniya "Real Madrid"i futbolçusu Vinisius Jurniorla müqavilənin müddətini uzadıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün tviter hesabında paylaşım edib.
O, 22 yaşlı hücumçu ilə 4 illik sözləşmə imzalandığını bildirib. "Kral klubu" gənc oyunçunya 1 milyard avro təzminat qiyməti qoyub.
Qeyd edək ki, Vinisuis Junior bu mövsüm "Real Madrid"in heyətində 52 oyun keçirib. "Sambaçı" bu matçlarda 22 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.