UEFA-nın təşkilatçılığı ilə “Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı” mövzusunda videokonfrans formatında seminar keçirilib.
Sportnet.az xəbər verir ki, AFFA-nın Lisenziyalaşdırma qrupu üzvlərinin iştirak etdiyi seminarda “Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı” ilə bağlı yeni qaydalar və maliyyə məsələlərini əhatə edən mövzular müzakirə olunub.
Eyni zamanda UEFA-nın üzv assosiasiyalarının verdiyi suallar cavablandırıb.