Moldova "Şerif"inin Bosniya və Herseqovinanın "Zrinski" komandası ilə keçirəcəyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşünün məkanı müəyyənləşib.
Sportnet.az-ın Tiraspol klubunun rəsmi saytına istinadən məlumatına görə, matç Kişineudakı "Zimbru" stadionunda təşkil olunacaq. İyulun 12-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
Qeyd edək ki, UEFA Dnestryanı bölgədə beynəlxalq matçların təşkilinə razılıq verməyib. Səbəb kimi Ukrayna ilə sərhəddə vəziyyətin gərginliyi göstərilib. "Şerif" bu qərarın müvəqqəti olduğuna ümid etdiyini bildirib.