
İspaniyanın "Barselona" klubunun futbolçusu Cerard Pike komanda yoldaşı Lionel Messi haqda danışıb. Sportnet.az-ın məlumatına görə, o argentinalının "Barsa"da xoşbəxt olduğunu bildirib:
"Heç vaxt "heç vaxt" demək olmaz, amma Messinin "Barselona"dan getməsi mümkün deyil. O komandaya və şəhərə öz sevgisini göstərir və çox sevilir. Messi burada çox xoşbəxtdir. Bizə əsas lazım olan mövsümü yaxşı formada başa vurmaqdır və buna nail olacağıq".









































































