
"Qarabağ"la oyun bizim üçün faydalı sınaq oldu".
Sportnet.az-ın məlumatına görə, bunu Rumıniyanın "Universitatya Krayova" komandasının baş məşqçisi Laslo Balint Avstriyada "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri yoxlama oyunundan sonra deyib.
43 yaşlı rumıniyalı mütəxəssis hazırlığın fərqli mərhələsində olan və Çempionlar Liqasının təsnifat mərhələsinə hazırlaşan səviyyəli komanda ilə oynadıqlarını bildirib: "Yaxşı qol imkanlarımız oldu ki, onların birindən yararlana bildik. Bu matçdan yaxşı siqnallar aldım".
Qeyd edək ki, "Qarabağ" əvvəlki yoxlama matçlarında Rumıniyanın digər təmsilçisi "Botoşani"ni 4:0 hesabı ilə darmadağln edib, Almaniyanın "Holştayn Kiel" komandası ilə görüşdə isə heç-heçəyə razılaşıb - 2:2.