İtaliyanın "Montsa" klubu "Yuventus"dan ayrılan Paulo Dibala və PSJ-də çıxış edən Mauro İkardi ilə maraqlanır.
Sportnet.az Canluka Di Martsionun saytına istinadən xəbər verir ki, klubun baş direktoru Adriano Qalliani hər iki oyunçunun agenti ilə əlaqə saxlayıb.
Bundan əlavə, "Montsa" "Sassuolo"dan türkiyəli Kan Ayhan və İspaniya "Barselona"sından Oskar Mingesa ilə də maraqlanır.
Qeyd edək ki, "Montsa"nın sahibi "Milan"ın sabiq prezidenti Silvio Berluskonidir.