Azərbaycan millisinin qapıçısı Emil Balayevlə müqaviləni pozan Qazaxıstan "Turan"ı onun boşluğunu Dinməhəmməd Comərtlə doldurub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı qolkiperlə uzunmüddətli müqavilə imzalanıb.
Gənc qapıçının son klubu "Kayrat-Moskva" olub.
Qeyd edək ki, "Turan"la vidalaşan Emil Balayevin "Səbail"ə keçəcəyi gözlənilir.